2783 kod adlı Zəfər Paradı: müxalifət üçün yarımçıq qələbə? – Qulamhüseyn Əlibəyli CANLI YAYINDA

09.12.2020 - 15:36

Biz müharibə getdiyi günlərdə bir müxalifət, müharibədən sonra ayrı müxalifət gördük. 44 gün ərzində 50 siyasi partiya dövlətə və Orduya dəstək ifadə etdi, birgə bəyanat verdi, qoşulmayanlar – Müsavat və AXCP də Ali Baş Komandanın yanında olduğunu ayrıca açıqladı.

Lakin 10 noyabrdan sonra biz ənənəvi müxalifətin çıxışlarında başqa müxalifətçiliyə şahid oluruq: qələbə yarımçıq qalıb, Xankəndiyə niyə girmədik, rus qoşunlarının Qarabağa yerləşməsi perspektiv üçün təhlükə vəd edir və sair ilaxır…

Dövlət isə hələlik buna baş qoşmur, ortada nəticə var – təmas xətti yoxdur, status gorbagor olub, ermənilərə muxtariyyat verilmir, yekunda zəfər və o Zəfərin Paradına hazırlıq, Türk ordusunun da parada hazırlıq təlimləri.

Bəs müxalifəti nə narahat edir? Nə qane etmir? Bundan sonra iqtidar-müxalifət münasibətlərində hansı mərhələ başlanır?
Müxalifətçilik etmək naminə cığallıq nə qazandırır? Zəfər paradı iqtidarlı, müxalifətli xalqın birgə qürur günü deyilmi?

TV Musavat-ın bu gün “Həftə İçi” proqramında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmin bu məsələlərini müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Short URL: http://www.cumhuriyyet.net/?p=158226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728