Bir qrup xarici jurnalist Qarabağa gedib

10.12.2020 - 10:37

Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council-un təşkilatçılığı ilə bir qrup xarici jurnalist Azərbaycana gəlib.

“Report” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Shinji Hashimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanyolca), Paul Osterlund (Foreign Policy -USA), Ilya Topper (EFE, Spain), Kahraman Haliscelik (KGK) daxildir.

Belə ki, xarici jurnalistlər işğaldan azad edilmiş bölgələrdə erməni vandallarının törətdikləri ağlasılmaz vəhşiliklə yerində tanış olacaqlar. Səfərdə məqsəd erməni vəhşiliyinin dünyaya çatdırılmasıdır.

Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri Elşad Eyvazlı bildirib ki, artıq bu gün heyət Qarabağ bölgəsinə yola düşüb: “İlin sonunadək daha bir qrup əcnəbi jurnalistlərin Azərbaycana səfərini təşkil edəcəyik. Azad edilmiş rayonlarımızın hər qarışında erməni vəhşiliyi var. Bu, dağıdılmış evlər, məhv edilmiş tarixi, dini, mədəni abidələr, viran qoyulmuş təbiətlə özünü göstərir. Əcnəbi jurnalistlərin vasitəsilə bu vəhşilikləri gücümüz qədər bütün dünyaya göstərməliyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=158267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728