Partiya sədri əsirlikdən qayıdanlarla bağlı narahatlığını açıqladı

17.12.2020 - 10:29

Sərdar Cəlaloğlu: “Elə preparatlar var ki, insan bədəninə yeridiləndən sonra…”

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan 12 hərbi qulluqçu və 2 mülki  şəxs azad olunaraq ölkəyə gətirilib. Hazırda hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar.

Ermənilərin əsir və girovlarımızla necə alçaqcasına davrandığını hamımız bilirik. Xüsusən də Şahbaz Quliyevlə Dilqəm Əsgərova onların həmişə xüsusi nifrəti olub. Onlar geri verilməzdən öncə sağlamlıqlarına qəsd edilə bilərmi? Elə bioloji preparat varmı ki, təsiri aylar sonra özünü göstərsin? Əsirlikdən qayıdanların filtrdən keçmələri prosesi necə aparılacaq?

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, erməni əsirliyindən və girovluğundan qayıdanlar sözsüz ki, karantinə alınmalıdırlar: “Onlar çox ciddi şəkildə yoxlanılmalıdır. Çünki onlar ən təhlükəli xəstəliklərin, infeksiyaların daşıyıcısı ola bilərlər. Onlara qarşı əsirlikdə olarkən uzaq nəticələrə əsaslanan addımlar atıla bilər. Bütün dünyada qəbul edilmiş qaydadır ki, əsirlər dərhal yaxınlarına təhvil verilmirlər, müəyyən müddət yoxlanılırlar, reabilitasiyadan keçirilirlər, psixoloji yardım göstərilir. Əgər heç bir ciddi problem olmazsa, ailələrinə buraxılırlar”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu deyir ki, elə preparatlar var ki, insan bədəninə yeridiləndən sonra uzun müddət bədəndə qalır və tədricən insanın, onun ətrafındakıların yoluxmasına və məhv olmalarına səbəb ola bilir: “İnkubasiya dövrü uzun müddət keçən infeksiyalar var. Bu, çox ciddi məsələdir, üstündən tələm-tələsik keçmək olmaz”.

Sərdar Cəlaloğlu deyir ki, əsirlikdən və ya girovluqdan qayıtmış şəxsin müayinəsi dövründə hər hansı bir fəsad və təhlükə olmasa, o, qısa zaman kəsiyində ailəsinə təhvil verilir.

Partiya sədri əsirlikdə olan və orada təzyiq, ölüm təhlükəsi altında düşmənin istədiyi sözləri demək məcburiyyətində qalmış şəxslərlə bağlı davranışla barədə fikirlərini də söyləyib: “Sosial şəbəkələrdə bəzi əsirlərin qınanması yaxşı hal deyil. Bu gün əsiri qınayanlar həmin vəziyyətə düşsələr, bəlkə də daha artıq kəskin sözlər deyərlər. Ümumiyyətlə, öz fikrini azad ifadə etməyən heç bir insanın qınanması doğru deyil. Faktiki olaraq məcburiyyət qarışısında olan şəxs diktə altında nəsə fikir deyibsə, onu buna görə qınamaq olmaz. Həmin şəxslər girovluqdan, əsirlikdən qayıdandan sonra onların qınanması, cəzalanması doğru deyil. Çünki insan bunu azad şəkildə etməyib. Dində də var ki, əgər həyatınızla Allahı seçmək qarşısında qalırsınızsa, Allahı danıb həyatınızı seçə bilərsiniz. Təhlükə qarşısında imanını da gizlətmək iznin var”.

Sərdar Cəlaloğlu deyir ki, insanları iradəli fəaliyyətinə görə qınamaq olar: “Təhlükə altında olan, affekt vəziyyətində olan insanın qınanması isə humanitar deyil”.

Sərdar Cəlaloğlu əsirlikdən və girovluqdan qayıdan həmvətənlərimizin tezliklə evlərinə buraxılacaqlarına ümid etdiyini deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158521

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728