I Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşüb

17.12.2020 - 11:46

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”.

Musavat.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir. Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib. Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158539

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031