Şair Ramaldanov: “Şuşaya insanların qayıdışı daha tez baş verəcək, çünki…”

18.12.2020 - 10:47

Dünyanın ən güclü ordularından biri olan Türkiyə Silahlı Qüvvələri artıq Azərbaycandadır! Öncə minaaxtaranlar olsa da, fakt baş verdi! Türk Ordusu Azərbaycana daha 136 minaaxtaran göndərdi – bundan əvvəl də göndərmişdi.

Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün Azərbaycana gələrək vəzifələrinin icrasına  başlayıb. Qardaş ölkənin Müdafiə Nazirliyi Azərbaycanda minaaxtaran hazırlayacaq mərkəzin yaradılacağını bildirmişdi. Bu mərkəz qurulubmu və problemin kardinal həllini nə dərəcədə sürətləndirəcək? Minaaxtaranlar hazırda əsasən hansı bölgələrimizdə çalışır?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a dedi ki, Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir. Türkiyə Azərbaycana qardaş ölkə olaraq ilkin mərhələdə minaaxtaran qrup yollayıb: “Türkiyə Azərbaycanın əraziləri işğaldan azad olunduğu zaman minalardan təmizlənməsi üçün dəstək verəcəyini açıqlamışdı. Bu gün Azərbaycanın ən çox ehtiyacı olan hərbi mütəxəssisləri qardaş Türkiyə artıq Azərbaycana yollayıb. Türkiyə Ordusunun 136 minaaxtaranı artıq Azərbaycandadır. İşğaldan azad olunmuş ərazilərdə mina sahələri həddindən artıq çoxdur. Həmin sahələri təmizləmədən infrastrukturun bərpası, yenidən qurulması mümkün deyil. Türkiyədən göndərilən minaaxtaranların ilk 136 nəfəri gəlib. Düşünürəm ki, Türkiyədən yenə də dəstək gələcək. Türkiyə-Azərbaycan birgə mərkəzin yaradılması bugünkü reallıqların tələbidir. Minatəmizləmə sahəsi və digər sahələrlə bağlı mütəxəssislərin hazırlanması vacibdir. Atılan addımlar, görülən tədbirlər birinci növbədə ərazilərimizin minalardan təmizlənməsi ilə bağlıdır”.

Şuşa'da 28 yıl sonra cuma namazı kılındı

Şair Ramaldanov deyir ki, hazırda əsasən işğaldan azad edilən bütün ərazilərdə kommunikasiyaların keçdiyi, olduğu yerlərin minalardan təmizlənməsi əsas istiqamət kimi götürülüb: “Yollar və qaz, işıq, telekommunikasiya xəttlərinin keçdiyi yerlərdə minalar təmizlənir. Prioritet bu istiqamətlərdir. Bununla belə, müəyyən təhlillər də aparılır və ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir. İlk növbədə yollar minalardan təmizlənməlidir ki, gediş-gəliş təmin edilsin. Yollar açıq olmasa, təbii ki, təminat olmayacaq. Təbii ki, birinci növbədə yolların minalardan təmizlənməsi sürətlə aparılmalı və getdikcə yollar ətrafı ərazilər minalardan təmizlənməlidir. Sonrakı mərhələdə faydalı qazıntıların olduğu mədən əraziləri də minlardan təmizlənməlidir”.

Şair Ramaldanov deyir ki, ANAMA və Müdafiə Nazirliyinin birgə fəaliyyəti də var: “Hərbçilər daha çox hərbi strukturların ətrafının minalardan təmizlənməsi işləri aparır. ANAMA mütəxəssisləri isə mülki infrastrukturun minalardan təmizlənməsi işlərini görür”.

Şuşada türk bayrağını görən rus jurnalistin sözləri - VİDEO | No Comment

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlara işğala qədər həmin ərazilərdə yaşayan vətəndaşların köçürülməməsinin əsas səbəblərindən biri də məhz mina təhlükəsinin qalmasıdır: “Vətəndaşların işğaldan azad olunmuş ərazilərə köçürülməsi üçün şərait yaratmaq lazımdır. Bunun üçün minalar zərərsizləşdirilməlidir. Ona görə də vətəndaşların öz dədə-baba yurdlarına nə vaxt qayıda biləcəklərini söyləmək çətindir. Şuşa şəhəri və digər yaşayış məntəqələri var ki, onlar daha tez bərpa olunacaq, insanlar öz evlərinə köçürüləcəklər. Digər ərazilərdə də infrastruktur bərpa edildikcə, insanlar evlərinə qayıda biləcəklər. Cənab Prezident dedi ki, qısa bir zamanda əlimizdən gələni edəcəyik ki, işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələri bərpa olunsun. Yaşayış məntəqələrinin bərpası orada yaşayışın təmin edilməsidir. İşğaldan azad edilmiş ərzilərimizin böyük hissəsində kənd təsərrüfatı üçün geniş imkanlar var. Ümumiyyətlə, hər bir sahənin inkişafı üçün o ərazidə çox böyük potensial var. Əlbəttə ki, həmin sahələrin işlənməsi üçün orada insanlar yaşamalıdır. Hələ o ərazilərdə görüləcək çox iş var. Türkiyədən göndərilən hərbi-əsgəri dəstək tezliklə təhülkəsizlik məsələlərinin həllinə yardımçı olacaq. Mina sahələri, quldurluq, terrorçuluqla məşğul olan erməni qalıqları təmizlənməlidir. Güc strukturları bunları təmizləməklə, məhv etməklə məşğuldur. Hazırda işğaldan azad edilən ərazilərdə görülən işlər tezliklə orada dinc, firavan həyatın yaranmasına yönəlib”.

Şair Ramaldanov  bir daha Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu xatırlatdı: “Türkiyə ilə Azərbaycanı heç ayırmırıq. Azərbaycana hər sahədə ən çox dəstək verən də Türkiyədir. Mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlar da öz dəstəklərini ifadə ediblər, hazırda danışıqlar aparılır. Türkiyədən ilkin olaraq 136 minaaxtaranın gəlməsi sevindiricidir. Amma say baxımından daha artıq kontingentin gəlməsi üçün də şərait yaradılmalıdır. Şərait yaratdıqca Türkiyədən o sahənin də mütəxəssisləri Azərbayacana gələcəklər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728