Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı təqdim edilib FOTO

26.12.2020 - 14:51

Azərbaycanın Qarabağdakı zəfərinin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Musavat.com-a verilən məlumata görə, şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar.

Ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda, ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar.

Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158888

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930