Qarabağ necə qurulacaq: bölgənin arxitekturası qorunacaqmı…

29.12.2020 - 10:15

II Qarabağ savaşının bitməsindən 50 gün ötür. Bu müddət ərzində parlaq qələbəmizdən sonra Qarabağada abadlıq, quruculuq işlərinə başlanılması əsas prioritetdir.

Buna dair müzakirələrdən biri də düşmənin dağıtdığı, vəhşiliklər etdiyi Qarabağı necə və hansı modeldə quracağımızla bağlıdır. İşğaldan azad edilən ərazilərimizin bərpasında hansı modelə üstünlük verilməsi ilə bağlı ən müxtəlif təkliflər irəli sürülür.

Hər rayonun köhnə Qarabağ arxitekturası qorunacaq, yoxsa yeni, standart şəhərciklər modelinə üstünlük veriləcək? Burada turizm amili nəzərə alınacaqmı? Ənənəvi kənd stilləri saxlanılacaqmı?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hazırda yaranan bir çox sualların açıq qaldığını söylədi: “İşğaldan azad olunan ərazilərdə bərpa işlərinin necə aparılması ətrafında hələlik kifayət qədər açıq suallar mövcuddur. Hazırda İqtisadiyyat Nazirliyində bərpa işlərinin aparılmasına dair xüsusi dövlət proqramının layihəsi hazırlanır. Bu proqramın hazırlanması zamanı bərpa işlərinin beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla aparılması proqnozlaşdırılır. Lakin burada önəmli olan bir məsələ, bərpadan sonra o yerlərdə yaşayacaq insanların istəyidir. Dövlət bu proqramda daha modern bir yanaşma edərək, işğaldan azad olunmuş torpaqlarda əsasən kompakt yaşayış yerlərinin salınmasına üstünlük verə bilər.

Oxu.az - Fikrət Yusifov: “Ermənistan dövlət kimi özünü qorumaq istəyirsə,  onu çökdürən bu müharibəni saxlamalıdır”

Fikrət Yusifov: “İnsanların da rəyini öyrənmək lazımdır”

Bu yanaşma xərclərə qənaət, insanların rahatlığı, bütün xidmətlərin daha əlçatan olması baxımından önəmli ola bilər. Lakin başqa bir həqiqət insanların məhz öz evlərinin bərpa olunması arzusudur. Burada söhbət hər bir fərdin şəxsi hisslərindən gedir. Bu elə hisslərdir ki, onları sözlə izah etmək çətindir. Heç şübhəsiz hər bir insan məhz öz ocağına qayıtmaq istəyi ilə yaşayıb, bu illər ərzində və bu istəkdən onu məhrum etmək olmaz. Əgər biz bu gün belə bir sorğu keçirsək, onların hər biri məhz öz evinə, öz ocağına qayıtmaq istədiyini deyəcək. Ona görə də düşünürəm ki, İqtisadiyyat Nazirliyində hazırlanan bərpa proqramı tamamlandıqdan sonra o, ümumxalq müzakirəsinə çıxarılmalıdır. İnsanların rəyini öyrənmək lazımdır. Əgər dövlət bərpanın başqa variantını təklif edirsə, ancaq insanlar onu öz istədikləri kimi görürlərsə, bu halda dövlət öz təkliflərini elə bir səviyyədə əsaslandırmalıdır ki, o torpaqlara qayıdacaq insanlar da bundan məmnun qalsınlar. Açıq suallar hələlik yetərincədir. Onlara aydınlıq gətirmək üçün atılacaq hər addım isə yüz ölçülüb, bir biçilməlidir”.

Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu  qədər diqqət və qayğı göstərilmir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Müzəffər Ağakərimov: “İlk görünüşlər, kənd həyatı təbii ki, saxlanılmalıdır, eyni zamanda yeniləri də tikilməlidir”

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri, turizm eksperti Müzəffər Ağakərimov bu istiqamətdə işlərin getdiyini söylədi: “Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyəti və ekspertləri layihə üzərində işləyirlər. Bu layihəyə əsasən, Qarabağa yeni turizm marşrutları, ekskursiyaları işlənib hazırlanır. Şuşa Qarabağın tacıdır. Gələcəkdə həm Ağdam, həm də Füzuli yolu ilə Şuşaya səfərlərin təşkil edilməsi nəzərdə tutulur. Üçüncü səfər marşrutu Azərbaycan Ordusunun zəfər yürüşüdür. Bu da Füzulidən Şuşaya qədər ordumuzun zəfərini əks etdirən ekskursiyalardır. Əlbəttə bizim tarixi abidələr mütləq bərpa olunmalıdır. İlk görünüşlər, kənd həyatı təbii ki, saxlanılmalıdır. Eyni zamanda yeniləri də tikilməlidir. Bundan başqa Qarabağa, xüsusilə Şuşaya, Ağdama yuxarı sinif şagirdlərini, turizm tələblərini, ekskrusiyalara aparmaq lazım gələcək. Bu ona görə lazım gələcək ki, onlar heç son 30 ildə Qarabağı görməyiblər. Bundan başqa, biz həmin layihədə hər rayonda bir və ya iki erməni vandalların dağıtdığı abidələri nümunə kimi saxlamalıyıq ki, faşistlərin nə törətdiyini göstərək. Necə ki, Stalinqradda qırmızı kərpicdən olan dəyirmanı saxlamışdılar. Faşistlərin o yerlərdə hansı vəhşiliklər törətdiklərini nümunə kimi gələcək nəsilə çatdırmalıyıq ki, onlar hər şeydən xəbərdar olsunlar. Bundan əlavə, Qarabağda sağlamlıq turizmini də inkişaf etdirməyə ehtiyac var. Yeni sanatoriyalar inşa olunacaq. Bu, xüsusilə İstisu, Turşsu ərazilərində olacaq. Bundan əlavə, dağ qış turizmi də nəzərdə tutulur. Bilirsiniz ki, Kəlbəcərdə, Qubadlıda, elə Şuşanın özündə dağ turizmini inkişaf etdirməyə şərait var. Tarixi abidələr bərpa ediləndən sonra həmin abidələr haqqında gənc nəsilə geniş məlumatlar veriləcək. Kənd təsərrüfatını inkişaf etdirmək üçün Qarabağ zonasında, xüsusilə Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Şuşada geniş şərait var. Çadır turizmini də inkişaf etdirmək mümkündür. Bu cür layihələr üzərində işləyirik. Təhlükəsizlik tədbirləri görüləndən, ərazilər minalardan təmizlənəndən, infrastruktur qurulandan sonra bu işlər sürətlə gedəcək. Biz çox uğurlara nail olacağıq. Turizmin inkişafı həmin yerlərin iqtisadiyyatının inkişafında lokomativ rolunu da oynaya bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158997

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031