Ərdoğanla İlham Əliyevin sünni məscidində namaz qılmasının ŞOK SƏBƏBLƏRİ – “EADaily”

02.01.2021 - 11:05

Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfəri zamanı Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Araz çayı haqqqında bir şeyir söylədi. Bu şeyir türklərlə  İran arasında diplomatik qalmaqala səbəb oldu. Doğrudur, tərəflər bu qalmaqalı həll etdilər. Lakin heç nə izsiz qalmır.

İran İslam Respublikası yarandığı gündən bəri bütün İslam dünyasında hökmranlığa can atır. Bunun başlanğıcını Ayətullah Xomeyni 1978-1979-cu illərdəki İslam İnqilabının qələbəsindən sonra şiə təriqətinin təbliği ilə qoydu. Dünyada mövcud  olan şiə dövlətlərindən biri də Azərbaycandır. Lakin İran heç zaman Azərbaycanı dəstəkləmədi. Ona görə də Qarabağ müharibəsi İranın bölgədəki və bütövlükdə dünyadakı siyasi mövqeyinə birbaşa təsir etdi. İran əhalisinin təqribən 90%-i şiələrdir (Cəfərilik məzhəbi). Azərbaycanlıların, Şahsevənlərin və Qaşqayların əksəriyyəti şiə məzhəbinə mənsubdur.

Şiəlik İranda dövlət siyasətinin əsasını təşkil edir. Təsadüfi deyil ki, İslamın yarandığı gündən şiəlik farslara öz milli kimliklərini qorumalarına və ərəblərə uğurla müqavimət göstərmələrinə imkan yaratmışdır. Üstəlik,bir vaxtlar ərəblərə qarşı mədəni və mənəvi müqavimət o qədər güclü idi ki, İslamla əlaqəli bir çox terminlərin Farsca qarşılıqları yaradıldı. Məsələn, geniş yayılmış “namaz” (dua) sözü ərəbcə “salavat” sözünün qarşılığıdır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərinə qədər  əksər müsəlman millətinin  təhsili farsca və ərəbcə idi. Bu qədər güclü təsir sayəsində keçmişdəki İslam mədəniyyətinə həm də ərəb-fars mədəniyyəti kimi baxılır. İslam üçün vacib bir dəyərə sahib olan İran 1978-1979-cu il inqilabından sonra ilk növbədə şiə əksəriyyətə sahib olan ölkələrdə nüfuz qazanmağa çalışdı. Sovet İttifaqı Xomeyni və varisləri üçün “şeytanlar”  ölkəsi idi. Lakin SSRİ dağılandan sonra yeni qurulan Azərbaycan Respublikası İranın aşkar hədəflərindən biri oldu.

Lakin yenicə müstəqillik qazanan Azərbaycan daha çox Türkiyəyə meyl etdi. Üstəlik, qatı pantürkist olan prezident Əbülfəz Elçibəy Böyük Azərbaycan yaratmaq layihəsinə İran Azərbaycanını da daxil etdi. Yəni ideoloji baxımdan Bakı Tehrana tam əks münasibət göstərdi. Qeyd edək ki, həmin illərdə İran azərbaycanlıları ərəb, Şimali Azərbaycan isə kiril əlifbasından istifadə edirdi. Hələ o zaman İran çalışırdı ki, Şimali Azərbaycanda yenidən ərəb əlifbası tətbiq edilsin. Lakin Şimali Azərbaycan Türkiyənin təsiri ilə latın əlifbasını seçdi. Müstəqilliyin ilk illərindən -1992-ci ildən başlayaraq Azərbaycanda latın əlifbasına keçid başlandı. Bunun ardınca 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev də türkmeyilli siyasət seçdi.

Hətta Heydər Əliyev “Bir millət – iki dövlət” doktrinasını irəli sürdü. Təbii ki, bu proseslər fonunda İranın Azərbaycana dini-məzhəb təsiri praktik olaraq minumuma endi. Azərbaycan Respublikasında məzhəb məsələsində  Türkiyə ilə yanaşı Pakistan və Əfqanıstanın da müəyyən təsirləri oldu. Bununla da Bakı tamamilə Tehranın təsir dairəsindən çıxdı. Azərbaycan rəsmi olaraq özünü dünyəvi bir dövlət kimi təqdim etdi. Yəni din dövlətdən, daha doğrusu hakimiyyətdən ayrıldı. Ölkədi dini azadlıq üçün bütün addımlar atıldı. Ölkə əhalisinin tam əksəriyyəti şiə olsa da, məzhəb davası güdülmədi. Hətta dünyada ilk dəfə Azərbaycanda şiələrlə sünnülər eyni məsciddə namaz qılıb, ibadət etdilər.

Baxmayaraq ki, sovetlər dövründə – 70 ildə din qadağan  olunmuşdu. Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun hakimiyyəti dövründə  Azərbaycanda dini təqiblər repressiya ilə müşahidə olunurdu. O illərdə yüzlərlə azərbaycanlı panislamist və pantürkist  adı ilə həbs edildi, sürgün olundu və güllələndi.

Lakin “Böyük tiranın”ın “böyük qardaşa” (ruslara) sədaqəti nəticəsiz qaldı. Mircəfər Bağırovun, daha doğrusu Stalinin ölümündən sonra  vəziyyət bir qədər yumşaldı. Amma əsaslı heç nə dəyişmədi. 1954-1959-cu illərdə birinci katib vəzifəsində çalışan İmam Mustafayev dini və milli sahədə müəyyən islahatlar aparmaq istədi. Lakin Moskva ona bu fürsəti vermədi və İmam Mustafayev vəzifəsindən uzaqlaşdırıldı. Azərbaycanda dini təqiblər 1991-ci ilə qədər davam etdi. Bununla belə azərbaycanlılar dini dəyərlərini və şiə məzhəbinə sadiqliyini qoruyub saxladılar.

1991-ci ildə Azərbaycan müstəqillik qazandı. Müstəqilliyin ilk illərindən başlayaraq qonşu dövlətlər Azərbaycanda öz təriqətlərini önə çıxartmağa çalışdı. İran şiəliyi dəstəkliyirdisə, türklər sünnülüyü təbliğ edirdi. Hələ radikal vəhabiləri və yenicə peyda olan gülənçiləri demirik. Dini təriqətçilər Azərbaycanın müxtəlif sferasında fəaliyyət göstərirdilər. Məsələn, İrana bağlı şiə tərəfdarları orta və yaşlı nəsil arasında özlərinə təəssübkeş dəstəsi qazanmışdısa, vəhabilər daha çox gənclərlə işləyirdi. Türkiyəyə meyilli sünni təəssübkeşlər əsasən orta və iri sahibkarlar arasında, FETÖ-çülər isə dövlət qurumlarında özlərinə tərəfdarlar qazanmağa çalışırdı. Bütün bunlara baxmayaraq, Azərbaycanda dini təəssübkeşlik milli maraqları üstələyə bilmədi. Azərbaycanlılar dini ayrıseçkiliyə qətiyyən yol vermədlər. Bu da onların bir dövlət kimi inkişaf edib, qüdrətlənməsində böyük rol oynadı. Bu gün türkçülük çağırışları fonunda məzhəb təəssübkeşliyi çox zəifdir.

Ona görə də İranın Azərbaycana təsir imkanları çox zəifdir. Baxmayaraq ki, azərbaycanlıların 70 faizi şiədir və iranlılarla eyni məzhəbə qulluq edirlər. Üstəlik, şiəliyin əsas təbliğatçısı kimi Azərbaycanda İslam Partiyası da fəaliyyət göstərir. Bu partiyanın fəaliyyətinin zəif olmasının başlıca  səbəbləri açıq-aşkar İran yönümlü olması və pantürkizmin rədd edilməsidir. Baxmayaraq ki, bu partiya qətiyyətlə Qarabağ münaqişəsinin həllində Azərbaycanın  güc tətbiq etməsini zəruri sayırdı və şiələri buna səfərbər edirdi.

Sünni təriqəti Azərbaycanda zəifdir. Bunlar da əsasən ölkənin milli azlıqları ləzgilər və avarlardır. Azərbaycanlılar arasında və Ahıska türkləri arasında da sünnülər çoxdur. Coğrafi olaraq, sünnilər əsasən respublikanın şimalında və qərbində yaşayırlar və dövlət orqanlarında geniş şəkildə təmsil olunurlar. Xatırladaq ki, hələ 2013-cü ildə mediada şiəlikdən sünniyə keçid barədə qeyri-rəsmi şəkildə təşviqat aparılırdı. Bu əsasən radikal sünnilərin qeyri-rəsmi paytaxtı olan Sumqayıtda və eləcə də, Bakı, Gəncə, Zaqatala və Qubada qeydə alınırdı. 2015-ci ildə isə azərbaycanlıların “İslam Dövləti” tərəfindəki Suriya və İraqdakı müharibələrdə iştirakı barədə məlumatlar ortaya çıxmağa başladı.

Eyni zamanda, Türkiyə siyasi qüvvələri ilə yaxından əlaqəli olan Pan-Türkistlər “Boz Qurd”lar fəallaşdı. Burada “qurdlar”ın iki siyasi qanadı olduğunu xatırlatmaq lazımdır. Bunlardan biri Türk-İslam sintezi-Dövlət Baxçalının rəhbərlik etdiyi Milliyyətçi Hərəkat Partiyasıdır. Digər qanadı isə Merel Akşenerin rəhbərlik etdiyi “Yaxşı Partiya”sıdır. Baxçalı tərəfdarları olan “Boz qurd”çular  İrana qarşı düşmənçilikləri ilə tanınırlar. Bunlar ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara və regional müharibəyə səbəb ola biləcək hərəkətlərə qarşı çıxan Ərdoğanın  Ədalət və İnkişaf Partiyasındakı bozqurdçulardan fərqlənirlər. Lakin bu, “Boq qurd”ların hər iki qanadı Türkiyənin Azərbaycanda genişlənməsinin qəti tərəfdarlarıdırlar.

Burda başqa bir vacib cəhət də var. Bəllidir ki, şiəlik müasir Azərbaycan ərazilərinə yalnız Səfəvilər dövlətindən sonra 16-cı əsrdə geniş yayılmağa başlayıb. Məsələn, 12, 13-cü  əsrlərdə yaşamış məşhur  Azərbaycan şairi Nizami Gəncəvinin sünni olması söylənilir. Ona görə də İran Türkiyənin Azərbaycanda möhkəmlənməsini qətiyyən istəmir. Bu yerdə vacib bir məqamı da diqqət yetirmək lazımdır. Dekabrın 9-da Bakıya gələn Rəcəb Tayyib Ərdoğan hərbi paraddan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə birgə sünni məscidində namaz qıldı. Türkiyə Prezidentinin sünni olduğu məlumdur. Əliyev isə şiədir.

Ancaq Azərbaycan  Prezidentinin məscidləri təriqətlərə bölməməsi onun müasir baxışından irəli gəlir. Çünki bütün məscidlər vahid islami dəyərlərin daşıyıcılarıdır. Üstəlik, Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə loyal yanaşması da maraq doğurur. Bu yerdə başqa bir maraqlı məqamı qeyd etmək lazımdır. Belə ki, Türkiyənin  Diyanət İşləri Şöbəsinin müdiri Əli Erbaş da o zaman, Bakıdakı Türkiyə nümayəndə heyətinin üzvləri arasında idi. Həqiqətən də Erbaş sünni olmasına baxmayaraq, başqa dinlərin nümayəndələrinə qarşı heç bir şüar irəli sürmür. Bu və yuxarıda sadaladığımız digər faktlar onu göstərir ki, azərbaycanlılarda türkçülük hissləri məzhəb ayrıseçkiliyindən çox güclüdür.

Azərbaycanlılar məzhəb qardaşları iranlılarla deyil, eyni soydan olan türklərin yanında durmağa daha çox üstünlük verirlər. Bu da təsadüfi deyil. İkinici Qarabağ müharibəsində Türkiyə ilk gündən sonadək Azərbaycana hərtərəfli dəstək verdi. Lakin İran müharibə dövründə yalnız siyasi dəstək verdi. Bəzi məqamlarda isə loyal münasibət nümayiş etdirdi. Bu isə onu göstərir ki, Azərbaycanda məzhəb davası güdülmür. Milli mənsubiyyət önə çəkilir. Və Azərbaycanın gələcək böyük hədəfləri də türkçülük ideologiyası üzərində qurulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159146

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031