Levon Aronyan: “Növbəti dəfə qalib gələcəyik”
Erməni şahmatçı Levon Aronyan “Airthings Masters” onlayn turnirində ikinci yeri tutmasına münasibət bildirib.
Qazet.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib:
“Yaxşı bir yarış oldu, “Ponchik” (öz itinə xitab edir – red.). Növbəti dəfə qalib gələcəyik, söz verirəm. Dəstəyiniz üçün təşəkkür edirəm”, – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, finalın iki turunda da erməni qrossmeyster azərbaycanlı Teymur Rəcəbova məğlub olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=159209