“Erməni tibb bacıları bizim əzabımıza gülürdülər” – Əsirlikdən dönən hərbçi

05.01.2021 - 15:34

Bizə dəhşətli işgəncələr verirdilər.

Trend-in məlumatına görə, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan Ordusunun giziri Ömər Ələkbərov deyib. O bildirib ki, ermənilər yaralı əsgərlərin yarasını sıxıb onlara işgəncələr veriblər: “Mən ayağımdan yaralanmışdım. Məni müalicə etmək əvəzinə ermənilər barmağını yarama basıb sümüyə qədər sıxırdılar. Erməni tibb bacıları iynə vuranda iynəni 15-20 dəfə dəriyə salıb çıxarırdı. İynəni dərinin altına yeridirdilər, əzələyə vurmurdular. Mən qışqıranda tibb bacıları gülürdü, bizə əzab verməkdən həzz alırdılar. Xəstəxanada yemək vermirdilər, ancaq su verirdilər ki, ölməyək. İynə ilə sinirlərimizə toxunurdular, özləri bizim bu əzabımıza gülürdülər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bizimlə görüşdü, maraqlandı. Amma bu işgəncələri onlara demirdim ki, sonra ermənilər nəsə edərlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159284

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031