Ermənilər Şuşaya görə Paşinyanı lənətlədi

06.01.2021 - 15:46

Dünən Azərbaycan Prezidenti İlham Əliyev noyabrda işğaldan azad edilmiş Şuşa şəhərini Azərbaycanın mədəniyyətinin paytaxtı elan edib.

Dövlət başçısı “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”, – deyə bildirib.

Gözlənildiyi kimi, erməni KİV-ləri Şuşaya Azərbaycanda bu qədər böyük dəyər verilməsini qısqanclıqla qarşılayırlar.

“Mediapor” hətta Ermənistan baş nazirinin Şuşa haqqında “məşhur” fikirlərini xatırladaraq Nikol Paşinyanın lənətləndiyini bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Xatırladaq k, 44 günlük müharibənin yekunlaşdığı məlum kapitulyasiya aktından sonra baş nazir Nikol Paşinyan məğlubiyyətə görə özünə haqq qazandırırdı. O, Şuşa haqqında da fikirlər səsləndirmişdi. Paşinyan “Şuşa kədərli, bəxtsiz şəhər idi” deyərək bununla da özünə lənətlər yağdırdı”.

Qeyd edək ki, Qarabağın incisi Şuşa şəhəri 2020-ci ilin noyabr ayının 8-də erməni işğalından azad edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728