Qələmi qoyub silaha sarılan jurnalist: Laçından gələn Nəsimi Şərəfxanlı canlı yayında…

06.01.2021 - 17:39

Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsində qələm əhlindən də silaha sarılanlar oldu.

İşğalçı ilə informasiya müharibəsi aparan, silahı həmişə qələm olan jurnalistlərin arasında 27 həmkarımız döyüşlərdə iştirak edib.

27 jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər.

27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıb.

Qarabağ savaşında iştirak etmiş həmkarlarımızdan biri də Cumhuriyyet.net saytının baş redaktoru, Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətinin rəhbəri, baş leytenant, əslən Füzulidən olan Nəsimi Şərəfxanlıdır.

O, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Bu günlərdə tərxis olunan N.Şərəfxanlı Laçından yeni qayıdıb.

Qazi jurnalist bu gün, saat 15:30-da TV Musavat-ın canlı yayımında, “Həftə içi” proqramında aparıcı Emil Salamoğlunun qonağı olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159375

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031