Qarabağdakı ermənilər köç ovqatındadır – səbəblər

09.01.2021 - 10:17

Dağlıq Qarabağdakı ermənilər sənədlər hazırlayır, xarici dilləri öyrənir və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər ki, çıxıb getsinlər. Rusiya mediasının bildirdiyinə görə, Azərbaycan torpaqlarında yaşayan, eləcə də 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının himayəsi ilə Qarabağa qaytarılmış ermənilər sosial şəbəkələrin erməni seqmentində belə yazırlar.

Qeyd olunur ki, ermənilər “Əgər 2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almazsa, Ermənistana və ya Rusiyaya birləşməzsə, biz buradan gedəcəyik” deyirlər. Bəs erməni əhalinin bölgəmizdən birdəfəlik çıxıb getmə perspektivi nə dərəcədə ciddidir?

Deputat-politoloq Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, ermənilərdə tam pessimizm, sabaha inamsızlıq əhval-ruhiyyəsi hökm sürür: “Bu gün onlar hadisələrin üç ssenari üzrə inkişafına psixoloji baxımdan özlərini hazırlayır – ya Ermənistanda inqilab olacaq və budəfəki inqilab məğlub olmuş, diz çökmüş Ermənistanda olacaq, bu səbəbdən də 2018-ci il inqilabından fərqli olaraq qanlı inqilab ola bilər, ikincisi, Ermənistanda saray çevrilişi baş verə bilər, hərbçilər hakimiyyəti zəbt eləyə bilərlər və ölkədə hərbi xunta rejimi formalaşar, üçüncü versiya budur ki, istənilən halda Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək və hakimiyyətə radikallar, revanşistlər gələcək. Hər üç ssenari Ermənistanın çöküşünü sürətləndirəcək, ermənilərin həyatını daha ağır duruma salacaq. Bir sözlə hansı istiqamətdən baxılsa görünür ki, Ermənistanı faciələr gözləyir. Həm Ermənistan əhalisi, həm də Azərbaycan ərazisi olan Qarabağda yaşayan, oraya gətirilən ermənilər Azərbaycan prezidentinin bütün çıxışlarını diqqətlə izləyirlər. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd elədi və eyni zamanda yanvarın 6-da 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə də bir daha vurğuladı ki, əgər Ermənistan tərəfindən hər hansı bir təxribat, revanşa cəhd olarsa və yenidən təxribatçı addımlar atarlarsa, bunun  çox böyük acısını yaşayacaqlar, Azərbaycandan çox sərt cavab alacaqlar”.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Elman Nəsirov: “Ermənilərin orada qalmağa həvəsi yoxdur, çünki…”

Deputatın sözlərinə görə, bütün bunların hamısını, baş verənləri ermənilər izləyir və gözləyirlər ki, pandemiya bitsin, xaricə gediş-gəliş asanlaşsın, bölgəni, xüsusilə də lənətlənmiş Ermənistanı birdəfəlik tərk edib getsinlər: “Ermənistan mətbuatı da yazır ki, əgər ikinci Qarabağ müharibəsinə qədər ermənilərin köçü ədədi silsilə ilə gedirdisə, pandemiya aradan qalxdıqdan sonra köçün həndəsi silsilə ilə olacağı gözlənilir. Təkcə Ermənistandakı ermənilərin deyil, Azərbaycan ərazisi olan Qarabağdakı ermənilərin də bu əhvalda olduğu məlumdur. Bunu ermənilər özləri yazır. İndi süni şəkildə Qarabağda ermənilərin sayını artırmağa cəhd edirlər. Lakin əvvəla, orada yaşamış ermənilərin sayı əvvəldən bəllidir, onu süni yolla artırmağın mənası yoxdur, ikincisi dediyimiz kimi, ermənilər nəinki Qarabağı, həmçinin Ermənistanı da tərk etmək əhvalındadırlar, buralardan çıxıb birdəfəlik getmək üçün zaman, fürsət gözləyirlər. Hətta məlumatlar var ki, bir çox erməniləri Ermənistandan tutub Qarabağa zorla gətirirlər, həmin ermənilər isə yenidən Ermənistana qayıdırlar və pandemiya qadağalarının aradan qalxmasını gözləyirlər ki, Ermənistandan ya Rusiyaya, ya başqa hansısa ölkələrə köçsünlər. Erməni əhali faktiki olaraq Ermənistan dövlətinin, ona rəhbərlik etmiş Robert Köçəryan, Serj Sərkisyan kimi canilərin, onların xaricdən olan havadarlarının şəxsi maraqlarının, xəstə ideologiyalarının qurbanına çevrilib. Artıq elə bir vəziyyət gəlib çatıb ki, Cənubi Qafqaz bölgəsi, əsasən də Ermənistan ermənilər üçün cəhənnəmə çevrilib. Ona görə də ermənilər öz gələcəklərini burada təsəvvür edə bilmirlər, buraları tərk etmək əhval-ruhiyyəsi onlara hakim kəsilib”.

E.Nəsirov qeyd etdi ki, Azərbaycan vətəndaşı olan ermənilər əgər Azərbaycan qanunlarını, Azərbaycan pasportunu qəbul etsələr, onların həyat şəraiti, yaşayışı Ermənistan vətəndaşları olan ermənilərin yaşaşından, həyatından daha yaxşı olacaq: “Buna şübhə yoxdur. Azərbaycan vətəndaşlığını qəbul eləyən ermənilər üçün heç bir sıxıntı olmayacaq. Amma görünən hələlik budur ki, ermənilərin özlərinin Qarabağda yaşamağa həvəsi yoxdur. Lakin yaxşı olar ki, onlar ac yalavac Ermənistanı da gözlərinin önünə gətirsinlər, cənnətməkan Qarabağı-Azərbaycanı da”.

Politoloq daha sonra vurğuladı ki, ermənilərin Qarabağa müstəqillik statusu verilməsi, yaxud Qarabağın Ermənistana, yaxud da Rusiyaya birləşdirilməsi kimi fikirləri hələ də yazmaları isə ənənəvi xülyalarından başqa bir şey deyil: “Onlar hələ də bu cür xülyalarda ilişib qalıblarsa, öz vəziyyətlərini daha da ağırlaşdırırlar. Belə çıxır ki, Qarabağdan gedəcəklər. Çünki onların yazdığı həmin xülyalarının heç biri reallaşası deyil. Nə Qarabağ müstəqil olası deyil, nə də Ermənistana, Rusiyaya birləşdirilmə xülyaları baş tutası deyil. Qarabağ Azərbaycan ərazisidir və bunu Rusiya ən yüksək səviyyədə qəbul etdiyini elə bu yaxınlardaca bəyan eləyib. Ermənistan isə hətta özünü qalib hesab etdiyi dövrlərdə Qarabağla bağlı ermənilərin yazdığı o xülyanı reallaşdırmaq istiqamətində addım ata bilməyib. Deməli, ermənilərin ərazini tərk edib getməsi variantı realdır”.

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Akif Nağı: “Ermənilər hələ sovet dövründə Qarabağda yaşamaq istəmirdilər”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ermənilərin Qarabağdan köçüb getməsi məsələsi sovet dövründə də aktual olub: “Ermənilər hələ o vaxtlar orada yaşamaq istəmirdilər. Qarabağda erməniləri zorla saxlayırdılar. Gedən erməniləri isə qeyddiyyatdan çıxarmırdılar. İndi də saxta rəqəmlərlə orda yaşayan ermənilərin sayını şişirtmək istəyirlər. Erməni əhali Qarabağda indi də yaşamaq istəmir, köçüb Rusiyaya və başqa Avropa dövlətlərinə getmək istəyirlər. Sadəcə, onları Ermənistan və bəzi xarici güclər orada yaşamağa məcbur edirlər. Köçüb birdəfəlik getmək istəyindən isə onları daşındırmaq elə də asan deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159489

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031