Prezident məcburi köçkünlərlə bağlı sorğu keçirilməsini önə çəkdi – tanınmışlardan reaksiyalar

09.01.2021 - 10:26

Prezident İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər diqqətləri cəlb edib. Ali Baş Komandan çıxışı zamanı söyləyib ki, keçmiş köçkünlər arasında qayıdışla bağlı sorğular keçirilməlidir.

Sitat: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar”.

44 günlük II Qarabağ savaşında Azərbaycanın möhtəşəm qələbəsindən sonra bu məsələ tez-tez gündəmə gəlirdi. Ölkə başçısı bu fikirləri ilə bir çox müzakirələrə nöqtə qoydu. Artıq hər kəs keçiriləcək sorğuda məcburi köçkünlərin münasibətinin necə olacağını gözləyir. Biz də qələbəmizdən sonra sabiq köçkünlər sayılan tanınmış simaların mövqeyini aldıq.

Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Aqil Abbas: “Sən ağdamlısan, Bakıda nə işin var?”

Əslən Ağdamdan olan 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin deputatı Aqil Abbas: “Əvvəla, onu deyim ki, hələ Ağdam azad edilməmişdən əvvəl demişdim ki, birinci ora özüm gedəcəm və getdim də. Hər zaman onu da deyirdim ki, Şuşaya bayrağı prezident İlham Əliyev sancacaq. Bu da oldu. Ağdama birinci getdim, həyətimizdə oldum. Ağdamla bağlı fikirlərimi yazmışam, həyətimizin şəkillərini göstərmişəm. Evimi sökə bilərsən, amma torpağımı yox. İcazə verilən kimi gedib evimizi tikəcəm. Dəfələrlə imkanlı ağdamlılara müraciət etmişəm ki, gedib öz evlərini tiksinlər. Çünki buna onların imkanları var və dövlətə yük olmalı deyillər. Bu çağırışımıza cavab olaraq, yüzlərlə ağdamlılar mənə yazırlar. Hər gün mənə telefon zəngləri olur. Konstitusiya Məhkəməsinin hakimi Şahin Rüstəmov var. Onun Ağdamda dağılan evi yox idi. İmamqulu kəndindəndir. Eləcə də, xalq artisti Mənsum İbrahimov. Onun da evi yerində durur və həmin kənddəndir. Mənə zəng edib dedilər ki, kiminsə evini tikəcəyik. Evləri yanmaya-yanmaya gedib kiminsə evini tikmək istəyirlər. Bu barədə mətbuatda yazı yazacam, mənə zəng edənlərlə bağlı. Möhtərəm prezident sorğu ilə insanların rəyini öyrənmək istəyir. ”Qaçqınkom”un əlində olan evləri möhtərəm prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verdi ki, şəhid ailələrinə, yaralılara-filan paylanılsın. Məcburi köçkünlərə Bakıda, yaxud da hansısa şəhərdə evlər verilməyib. Onlar gedib öz evlərini tikəcəklər. Amma onu da deyim ki, kiminsə burada iş-gücü ola bilər. Onları döyə-döyə aparıb ora yığmayacağıq.

Bir məsələni də qeyd edim. İşğal edilməmiş rayonlardan nə qədər Bakıda gəlib yaşayanlar var. İndi onları döyə-döyə olduqları rayonlara qaytarsınlar? Bu formada işğal edilən rayonlardan olan sakinlərdən Bakıda yaşayanlar var. Qarabağın işğaldan azad edilmiş yerləri inkişaf etdikcə, hər kəs öz yerlərinə gedəcək. Bəzən axtarıb bir axmağı tapırlar və o deyir ki, mən Şuşaya qayıtmayacam, onu da deyir ki, orada 50 sot torpağım var idi. Amma hər kəs bilsin ki, Şuşada şəhər yerində olan heç kəsə 6 sotdan artıq torpaq verilmirdi. Orada Üzeyir Hacıbəyovun həyəti 2 sot idi. Şuşada evlər bir-birinə söykənikli idi. Deyəsən bunu deyənin adı Çingiz idi, 50 sot torpağını istəyirdi. Belə adamları tapırlar, bilmirəm, beşinci, altıncı, yaxud 28-ci “kolon”un üzvləridir, insanları ruhdan salmağa hesablanıb.

Əmin olun ki, hər kəs öz doğma torpağına qayıdacaq. Mən deputatdan əlavə, həm də jurnalistəm. Ağdamın işğal edilməmiş ərazisində 45 min insan yaşayırdı. 120 minə yaxın əhali isə Azərbaycanın müxtəlif bölgələrinə yayılmışdı. İndi təsəvvür edin ki, prezidentin də dediyi kimi, Ağdamın işğal altında olmayan ərazilərində 94500 insan yaşayır. Başqa bir rəqəm 200 mindir. Hər kəs öz evinə yaxın yerdə, torpağında olmaq istəyir. Füzulidə 35 min adam var idi, bu oldu 70 min. 10-15 faiz getməyə bilər, onsuzda işğal edilməmişdən əvvəl də belə idi. Məsələn, 70-ci illərdən Bakıda yaşayıram. Amma gedib evimizi tikəcəm. Xeyli ağdamlı mənə zəng edir, elə bilirlər ki, oranın deputatıyam. Mən özümü bütün Qarabağın deputatı sayıram. Füzuli-Ağcabədi bölgəsinin deputatıyam. Mənə zəng edirlər ki, Aqil müəllim, kömək edin, gedək Ağdamda ev tikək. Hətta Qazaxdan belə mənə zənglər gəlir. Prezident sorğu məsələsini ona görə deyir ki, əhalinin ictimai rəyi öyrənilsin.

Bir məsələni də deyəcəm. Bəzən adamı döyə-döyə qaytarmaq lazımdır. Sən ağdamlısan, Bakıda nə işin var? Sənə torpaq verilir, evini tikirik. Qayıt geriyə. Bu sözlərimi digər azad edilən rayonlarımızın sakinləri haqqında da deyirəm. O vaxt qəzetdə yazırdım ki, vaxt gələcək, “İmarət”də məhkəmə quracağıq ki, sən bu illər ərzində Ağdam üçün nə etmisən?”

Elman Məmmədov: "Əldə olunan razılıqlar da həm Azərbaycan, həm də İtaliya  üçün əhəmiyyətlidir"

Elman Məmmədov: “Qayıtmaq anını hər kəs gözləyir”

Xocalı rayonunun sabiq icra başçısı, Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov: “Cənab prezident sorğu aparılmasını deyir, mən də  bunun əleyhinə deyiləm. Ancaq bir məcburi köçkün kimi tam əminliklə təmsil etdiyim rayonun sakinlərinin fikirlərini deyə bilərəm. Hamı 30 ilə yaxındır ki, doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşayır. Biz 30 ildir nəyin davasını edirik? Bu müharibəni biz nə üçün apardıq? Vətən, yurd həsrəti ilə yaşamışıq. Bütün məcburi köçkünlər eyni əqidə, həsrətlə yaşayır. O qayıtmaq anını hər kəs gözləyir. Cocuq Mərcanlı misalı göz qabağındadır. Bundan da mütəşəkkil, yüksək səviyyədə çox yüksək qayıdış reallaşaq. O ərazilərdə hazırda çox ciddi işlər gedir. Təhlükəsizlik və digər məsələlər görülür. Hazır olandan sonra hər kəs öz doğma torpağına qayıdacaq. Buna heç kəs şübhə etməsin. Fikirlərim bütün məcburi köçkünlərə aiddir. Azərbaycan bütün Dünya Azərbaycanlıları üçün vətəndir. Hər kəsin vətəni onun doğulduğu evdən, yerdən başlayır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159496

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031