DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib

09.01.2021 - 11:03

Sosial şəbəkələrdə Binəqədi rayonunda polis, SOCAR və İcra Hakimiyyəti əməkdaşlarının şəhid ailələrinə qarşı guya təzyiq edilməsi ilə bağlı məqsədli olaraq təşkil olunan görüntülər yayılıb.

Görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab verib.

Onun sözlərinə görə, araşdırmalarla məlum olub ki, rayonun Hökməli qəsəbəsində bir qrup şəxs tərəfindən qanunsuz olaraq torpaqların zəbt olunaraq tikinti aparılması müşahidə olunub:

“Həmin yerdə qeydə alının qanunsuz halların qaşısını almaq üçün əraziyə cəlb olunan müvafiq qurumlarının əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayan həmin şəxslər, şəhid və qazi ailələri adından sui-istifadə edərək diqqəti qanunsuz əməllərdən yayındırmağa çalışıblar”.

E.Hacıyev bildirib ki. hadisə yerində hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır: “Polis əməkdakarı ərazidə ictimai qaydanı və ictimai təhlükəsizliyi təmin ediblər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728