Bərdəni vuran “Smerç” “Bayraktar” zərbəsindən sonra – VİDEO
Vətən müharibəmizin gedişi zamanı Bərdəni vuran “Smerç”in məhv olunmuş qalıqlarını görüntüləri yayılıb.
mətbuat.az sosial şəbəkələrdə paylaşılan həmin videonu təqdim edir:
Qeyd edək ki, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edildikdən sonra oktyabrın 29-u saat 15.18 radələrində dəqiq atəşlə məhv edilmişdi.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər ölmüş, 70 nəfərdən artıq insan yaralanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=159559