“Qarabağda qələbə iki ölkənin xeyrinə oldu” – Türkiyənin Energetika və təbii sərvətlər naziri

10.01.2021 - 11:18

“Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi Türkiyə xalqına təsvir oluna bilməyən bir sevinc bəxş etdi. “Bir millət, iki dövlət” deyimi var, bunu hər sahədə nümayiş etdirdik. Bunu son hadisələrdə də təsdiqlədik”.

Report Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Ticarətin inkişafı üçün mühüm imkanlar əldə edəcəyik. Naxçıvandan Azərbaycana dəhliz bunlardan biridir.

Hələ konkret inkişaf yoxdur. Keçmişdə istifadə olunan bəzi nəqliyyat xətləri də var. Bunlar gündəmə gələcək. Hər baxımdan bu qələbə hər iki ölkənin xeyrinə oldu”, – deyə Türkiyənin Energetika və təbii sərvətlər naziri əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728