Qənirə Paşayeva qəhrəman şəhid Ceyhun Mirzəyevin ailəsi ilə görüşüb

11.01.2021 - 11:08

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon Əyyublu kənd sakini, şəhid Ceyhun Mirzəyevin atası Zirəddin Əsəd oğlu Mirzəyevlə görüşüb.

Qənirə Paşayeva şəhid hərbçinin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Ceyhun kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazandı. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

Q.Paşayeva “Vətən uğrunda” medallı şəhidin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728