Bu həftə Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək
Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş yanvarın 13-də Pakistanın paytaxtı İslamabadda baş tutacaq.
Nazir qeyd edib ki, İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrılıqda görüşəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=159646