Emin Həsənli: “Qarabağda ələ keçən silahlılar terrorçudur, güzəşt olmayacaq”

12.01.2021 - 11:09

“Həbs edilən terrorçu ömürlük həbsə məhkum olunur”

İşğalçı Ermənistan tarixən Azərbaycana qarşı terrorizmin bütün növlərini özündə ehtiva edən terror siyasəti aparıb. Azərbaycan dövlətinə və xalqına qarşı aparılan terror siyasəti bu gün də davam etdirilir.

Ara-sıra işğaldan azad olunmuş ərazilərimizdə silahlı dəstələr ordumuzun hissələrinə hücumlar edirlər. Məhv edilənlərlə yanaşı tərk-silah olunan, ələ keçən belə dəstələrin üzvləri də az deyil. Azərbaycan bu dəstələrin üzvlərini terrorçu sayır, Ermənistan isə hərbi əsir adlandırır. Hansı yanaşma daha doğrudur?

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyir ki, bu gün Qarabağda olan və Ermənistanı təmsil edən hər bir şəxs terrorçudur: “Üçtərəfli müqaviləyə görə, Rusiya sülhməramlıları Qarabağa gələndən sonra Ermənistana məxsus bütün silahlı qüvvələr ərazidən çıxmalıdırlar. Getməyib qalıbsa, Qarabağda əməliyyatlar keçirirsə, atəşkəsi pozursa, deməli, terrorçudur. Bunun başqa adı yoxdur. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurası tərəfindən tanınan beynəlxalq sərhədləri var. Həmin sərhədlər daxilində əlində silah olan, Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına tabe olmayan istənilən şəxs terrorçudur”.

Emin Həsənli: “Şəhid ailələrinin və əlillərin mənzil problemi birdəfəlik  həll olunacaq”

Emin Həsənli 

Hərbi ekspert deyir ki, bu gün Qarabağda olan Rusiya sülhməramlıları ilə bağlı da narahatlıqlar var: “Mandatlarından kənar addımlar atırlar, xüsusən də terrorbaşılar, terrorçularla görüşləri narahatlıqlar doğurur. Bu gün Qarabağda sülhə yeganə təhlükə oradakı terrorçulardır. Sülhməramlıların da vəzifəsi həmin terrorçuları neytrallaşdırmaq, təmizləməkdir. Bunu etmirlərsə, Azərbaycan dövləti edəcək. Terrorçu dünyanın hər bir yerində məhv olunur, həbs edilən terrorçu isə ömürlük həbsə məhkum olunur”.

Minsk Qrupu 28 il həll edə bilmədi - Ordumuz isə 44 günə… | KONKRET

Hərbi ekspert deyir ki, dünya dövlətləri terrorçulara necə yanaşırsa, Azərbaycan da elə yanaşır: “ABŞ, Rusiya, Avropa dövlətlərində də terrorçuları məhv edirlər. Azərbaycanda da belədir. Ermənilər Qarabağda əlində silah olan və ələ keçənləri hərbi əsir adlandıra bilməz. Ona görə ki, həmin şəxslər Azərbaycanın beynəlxalq sərhədləri daxilində ələ keçiblər, məqsədləri də bəllidir. Bu gün Ermənistanda əsgər valideynləri hökumət binalarının qarşısına toplaşıb övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər. Məgər bu günə qədər onlar Qarabağın Azərbaycan ərazisi olduğunu bilmirdilər? Vaxtında Ali Baş  Komandan bəyanat vermişdi ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getməlidir.  O zaman deyilənlərdən nəticə çıxarsaydılar, bu gün Azərbaycan ərazisində meyit axtarmazdılar. ”Dəmir yumruq” əməliyyatından sonra nəticə çıxarmalıdırlar, terrorçuluqdan əl çəkməlidirlər. Əks halda, dövlətçilikləri belə şübhə altına düşə bilər”.

Rayonlarımızın qələbə tarixi: Azad olunmuş kənd, qəsəbə və şəhərlərin  SİYAHISI - Modern.Az Azərbaycan və dünya xəbərləri

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başladığı antiterror əməliyyatı ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqları azad etdi. Uğurlu əməliyyatlar nəticəsində düşmən xeyli canlı qüvvə və texnika itkisi verdi. 44 günlük müharibə zamanı bir daha təsdiqləndi ki, Ermənistan hərbi-siyasi rəhbərliyi döyüşlərə müxtəlif ölkələrdən olan muzdlu döyüşçüləri, terror qruplaşmalarını da cəlb edir. Terror qruplarının üzvləri olan muzdlu döyüşçülər Ermənistan və Qarabağda təlim düşərgələrinə gətirilir, daha sonra cəbhəyə göndərilirdi. Daha çox Suriyadan, Livandan və bir çox başqa ölkələrdən gətirilən terrorçu dəstələrin üzvləri bu gün də Ermənistan ərazisində gəzib dolaşırlar.  Muzdlulara təlim keçirilməsini təşkil edən təşkilatlardan biri də VOMA terror təşkilatıdır.

Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti” adlanan terror təşkilatı müharibə zamanı dünya ermənilərini Qarabağdakı savaşa səsləyirdi. Vəd olunurdu ki, döyüşlərə qatılmaq istəyən və müxtəlif ölkələrdən gələn ermənilərə pulsuz təlim keçəcəklər. Terror təşkilatının saytında Qaregin Njde idealları kemi göstərilir. Təşkilatda yalnız ermənilərin üzv qəbul edildiyini bildirsə də, qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi hazırlanır. Təşkilat avtonom mövcud olma, atəş hazırlığı, bıçaq atma, əlbəyaxa döyüş, tapança ilə fəaliyyət, qayaya dırmanma, tibb hazırlığı kimi kurslar təşkil etdiyini elan edib. Təşkilat eyni zamanda iştirakçılara terror aktları törətmək, diversiya əməliyyatları da öyrədir. Yuxarıda da qeyd edildiyi kimi, təşkilatın digər ölkələrdən gələn muzdlu və ASALA, PKK kimi terror təşkilatlarının üzvlərinə nəzarət etdiyi güman edilir. Azərbaycanın xüsusi xidmət orqanları VOMA-nın təlimlərini xüsusilə izləyir.

Fədai" qəzeti — Страница 2 — Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyi

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatların işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq etməsi üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

Hikmət Hacıyev: "Ermənistanın hücumları hərbi cinayətdir" | Report.az

 Hikmət Hacıyev

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev da bu məsələyə toxunmuşdu. O bildirib ki, VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib.

Göründüyü kimi, ermənilərin adına hərbi əsir deyib hay-həşir saldıqları əlisilahlılar faktiki olaraq terrorçulardır. Azərbaycan qanunlarına görə, terrorçular məhv edilir, sağ ələ keçdikləri təqdirdə isə ömürlük həbsə məhkum edilirlər. Əlinə silah alıb Azərbaycan sərhədlərini aşan hər kəs bunu bilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031