15 yaşlı qızı qaçıran azərbaycanlı qadınlar saxlanıldılar

12.01.2021 - 11:20
Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan dörd nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc oğlan anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil olmaq məqsədilə azadlıqdan məhrum ediblər.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin yeniyetmənin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi maddəsi üzrə davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=159688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031