Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb FOTO

14.01.2021 - 10:36

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Sərhəd İşləri Təşkilatının Baş direktoru Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirib. Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastrukrur layihələri qeyd olunub. Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq petspektivləri üzrə fikir mübadiləsi apardılar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930