Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama

16.01.2021 - 12:22

“Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib, onlar istehsal etdikcə qalanları da gətiriləcək”.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

“Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq. Vaksin bir insana iki dozada vurulacaq. Çoxtərəfli platformada isə əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb. Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var. Eyni zamanda virusa yoluxub sağalan insanlara vaksin vurulmur. Çünki onlarda artıq immunitet yaranıb. Növbəti aylarda da yoluxub sağalanlar olacaq. Bütün hallarda ehtimal edirik ki, bu bizə kifayət edəcək”,- o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728