Paşinyanın oğlu Moskvada peyda oldu: Villa almaq istəyir – (VİDEO)

16.01.2021 - 16:59

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan gizli şəkildə Moskvaya gedib.

Azvision.az xəbər verir ki, bununla bağlı erməni KİV-ləri məlumat yayıblar.

“Mediaport”un əldə etdiyi məlumata görə, Paşinyanın həyat yoldaşı və qızları ilə yanaşı oğlu da Rusiyada peyda olub. Aşotun Moskvada yerləşən “Ararat” mehmanxanasının qarşısında gecə yarısı çəkilmiş videosu yayılıb.

Xatırladaq ki, bundan əvvəl Paşinyan ailəsinin Moskvaya vətəndaşlıq almaq üçün səfər edəcəyi barədə xəbərlər yayılmışdı. Dünən isə bəlli olub ki, Paşinyan Moskvanın elit rayonlarından birində şəxsi villa almağı hazırlaşır.

Məlumatda, həmçinin qeyd edilir ki, Rusiya və Ermənistan hökuməti məlum proseslərlə bağlı açıqlama vermir, aidiyyəti qurumlar müəmmalı şəkildə susurlar.

“Hazırda baş nazir itkin düşənlərin, hələ də Azərbaycanda qalan erməni əsgərlərin taleyi ilə maraqlanmaq əvəzinə, öz gələcəyini qurur, öz ailəsinin rifahı üçün çalışır”, – deyə erməni mətbuatı yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159817

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930