Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=159846