Vardan Balyan: “Milli şərəf və gücümüz varsa, Şuşanı yenidən qazanmalıyıq”

17.01.2021 - 15:18

“Azərbaycanlı bir istifadəçi səhifəmə bir şərh yazıb: “Sənin şərəf və gücün varsa, gəl Şuşanı azad et!”. Hər bir erməni vətənpərvər, hamımız bu sözləri ünvanımıza təhqir kimi qəbul etməliyik. Türk  deyir və bilir ki, bizim mənasız deputat və məmurumuzdan fərqli olaraq onlar iş görür. Necə ki Şurnuxu Azərbaycana dəxli olmasa da, ələ keçirdilər”.

Konkret.az xəbər verir ki, bu fikirləri “İntibah” adlı yeni siyasi qüvvənin yaradıcısı Vardan Balyan özünün facebook səhifəsində yazıb. O əlavə edib ki, “Bəli, Şuşanı azad etmək üçün milli şərəf və gücümüzü yenidən qazanmalıyıq. Bu günlərdə çox sayda insan yazır, zəng edir, soruşur: qurulan partiyanın arxasında kim durur? Niyə yeni partiya qururuq? Məqsəd nədir? Aydınlıq üçün deyirəm: arxamızda heç kim yoxdur, hamımız qabaqda və bərabər təməldə olacağıq. Türk istifadəçisinin bu şərhi bu sualların hamısına cavabdır. Əgər şərəf və gücünüz varsa. Milli şərəfimizi və gücümüzü qaytarmaq üçün bu partiyanı qururuq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728