Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı artıb

19.01.2021 - 12:57

Ermənilər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən və meyitləri döyüş meydanında qalan hərbçilərin, həmçinin müxtəlif şəraitdə ölən mülki şəxslərin qalıqlarını toplamaqda davam edirlər.

“Report” xəbər verir ki, bunu “Sputnik Armeniya”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan deyib.

“Bir mülki şəxsin və bir əsgərin cəsədi Xocalı rayonunun Ballıca kəndi ərazisində tapılıb. Daha beş əsgərin cəsədi Cəbrayıl ərazisi, bir hərbi qulluqçu Sünik vilayəti Zeyvə kəndinin keçmiş inzibati ərazisində (Ermənistanın özününküləşdirdiyi Qubadlı ərazisi – “Report”) tapılıb”.

Beləliklə, indiyədək döyüş bölgəsindən qalıqları tapılan ermənilərin sayı 1 246-ya çatıb.

Məlumata görə, hazırda Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində axtarış işləri davam edir. Axtarış işlərində ölənlərin yaxınları, könüllülər və ərazini tanıyan şəxslər iştirak edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=160003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728