Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirilib

20.01.2021 - 10:33

Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

Bu barədə Musavat.com-a “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan bildirilib.

Bildirilib ki, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib.

Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri , o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, “Vaqif Poeziya Günləri” bərpa ediləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930