ABŞ dolları yığanlara pis xəbər – Dollar ucuzlaşacaq

21.01.2021 - 10:41

ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellenin fəaliyyəti dolların uzunmüddətli enişinə səbəb ola bilər.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu “Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib.

Nəşrin bildirdiyinə görə, Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.

“National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.

“Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoyun fikrincə, Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də buna işarə edir.

Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb – Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=160105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728