“Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin” – Mütəxəssis

22.01.2021 - 12:02

Sevindirici haldır ki, artıq yanvarın 18-dən ölkəmizdə COVİD-19 virusuna qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Amma çox istərdik ki, insanlarımız vaksinlərlə bağlı aparılan anti-təbliğatlara yönəlmiş məlumatlara inanmasınlar, ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsinlər.

Bunu Trend-ə tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, vaksinasiya pandemiya və epidemiyaya səbəb olan yoluxucu xəstəliklərlə mübarizədə ən effektli yoldur.

Son yüz ildə peyvəndlərin bir çox xəstəliyin zərərlərini azaltmağa kömək etdiyini vurğulayan mütəxəssis əlavə edib ki, 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü:

“ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub”.

Y.Abdiyeva Azərbaycanda istifadə edilən vaksinlərin təhlükəsiz olduğunu və onun təhlükəsizliyinin Türkiyədə laboratoriya sınaqlarında təsdiqləndiyini də söyləyib:

“Bu gün bir çoxları hesab edirlər ki, vaksinlərin təhlükəsi var. Vaksin vurdurduqdan sonra baş ağrısı, yüngül qızdırma, halsızlıq kimi əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərə də hamıda deyil, bəzi insanlarda rast gəlinə bilər. Virusa yoluxduqda da bu əlamətlər daha kəskin, hətta daha ölümcül olur. Artıq pandemiyanın başlanıldığı ötən dövr ərzində bu xəstəliyin nələrə səbəb olmasının şahid olmuşuq. Buna görə də ən yaxşısı budur ki, vaksin strategiyasında hədəf qruplar kimi müəyyən edilmiş insanlar peyvənd olunmaqla öz sağlamlıqlarını qorusunlar.

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəli idi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930