Azərbaycanda məhkəmələr yanvarın 25-dən bərpa edilir

23.01.2021 - 10:53

Bir çox səs-küylü proseslərin şahidi olacağıq…

Karantin rejiminin sərtləşdirilməsi ilə təxirə salınan məhkəmələr yanvarın 25-dən etibarən davam edəcək.

Musavat.com xəbər verir ki, artıq yanvarın 25-nə bir çox məhkəmələrin vaxtı təyin edilib.

Sərt karantin dövründə Ali Məhkəmə məhkəmə işlərinə baxılması ilə bağlı tövsiyələrində proseslərin 2021-ci il 18 yanvardək təxirə salındığını bildirmişdi. Daha sonra bu müddət yanvarın 25-nə qədər uzadılmışdı.

Həmin müddət ərzində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri həyata keçirilirdi.

İndi də Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatları “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılır.

Məhkəmə prosesləri başladıqdan sonra bir çox səs-küylü proseslərin şahidi olacağıq. Artıq Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən icra başçılarının, nazir müavinlərinin və digər vəzifəli şəxslərin bir neçəsinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Araşdırılması üzrə müvafiq məhkəmələrə göndəriləcək.

Bu məhkəmə prosesləri arasında ən diqqət çəkəni heç şübhəsiz ki, Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun məhkəməsi olacaq. Onun cinayət işi üzrə araşdırma davam edir.

Qeyd edək ki, Eldar Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. Adil İsmayılov vəfat etdikdən sonra Eldar Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160192

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031