İran XİN başçısı: “Sülh sayəsində region olaraq iqtisadi inkişafa doğru irəliləyə bilərik”

26.01.2021 - 17:26

“Rusiya tərəfindən atəşkəsin tam təmin olunmasına töhfə verən səyləri nəzərə alaraq, Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Həmçinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada baş tutan, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasından bəhs olunan görüşdə əldə olunan razılaşmalardan danışdıq”.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Rusiya XİN başçısı onu da qeyd edib ki, bu iş Dağlıq Qarabağla bağlı yaranmış vəziyyətin qalan siyasi aspektlərinin də Azərbaycan və erməni xalqlarının mənafeləri naminə ədalətli əsasda həll olunmasına imkan verəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə öz növbəsində Rusiya prezidenti Vladimir Putini Dağlıq Qarabağda münaqişəyə son qoymağı bacarması münasibətilə təbrik edib: “Sülh sayəsində region olaraq iqtisadi inkişafa doğru irəliləyə bilərik. Çünki barışıq sinerji yaratmağa, bütün bölgənin iqtisadi tərəqqisinə aparan yollar tapmağa imkan verəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=160334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728