Hadrutda erməni hərbçinin meyiti tapıldı
İki günlük fasilədən sonra Qarabağda aparılan axtarış tədbirləri nəticəsində daha bir erməni hərbçinin meyiti aşkarlanıb.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, meyit Hadrut istiqamətində tapılıb, ancaq hələlik şəxsiyyəti məlum deyil.
Bununla da 13 noyabrdan indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni meyitlərinin sayı 1365-ə çatıb.
Bu gün axtarış qrupları Hadrut və Cəbrayıl istiqamətində fəaliyyət göstərəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=160701