Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir VİDEO
Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir.
Musavat.com bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qurum bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlayışlar yerinə yetirilib.
Qeyd edək ki, “Qış-2021” təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.
Təlimlərdən videokadrlar Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=160792