Qənirə Paşayeva Xalq artisti Ağakişi Kazımovu evində ziyarət edib FOTO

08.02.2021 - 12:29

Komitə sədri Xalq artisti Ağakişi Kazımovu evində ziyarət edib və ona qısa zamanda sağlamlığına təkrar qovuşmasını diləyib.

Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Respublikasının Xalq artisti, professor Ağakişi Kazımovu evində ziyarət edib, sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıb.

Xalq artisti bir ildən artıqdır səhhətində yaranmış problemlərlə bağlı ardıcıl müalicələr alır.

Ağakişi Kazımovu özünəməxsus ənənələri olan Azərbaycan teatr rejissorluğu məktəbinin mogikanı, duayeni adlandıran Q.Paşayeva onunla ürək sözlərini bölüşüb: “Siz görkəmli teatr rejissoru, aktyor, elm və incəsənət xadimi olaraq məhsuldar və çoxşaxəli yaradıcılıq yolu keçmisiz. Ötən ilin payızında Sizin 85 yaşınız tamam olub. Pandemiya məhdudiyyətləri səbəbi ilə yubiley mərasimləri keçirilməsə də, Sizin adınız, yaradıcılığınız həmişə xalqımız, dövlətimiz üçün əzizdir. Sizə möhkəm can sağlığı diləyirik!

Siz bir sıra teatrlarımızın direktoru, baş rejissoru və bir sənətkar olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz. Sizin quruluşlarınız monumental səhnə həlli, milli ənənəyə sadiqliklə səciyyələnir; müxtəlif janrlı tamaşalarınız Sizin yaradıcılığınızın estetik mahiyyətini təcəssüm etdirir.

Sizə Mədəniyyət Komitəsinin hörmət və ehtiramını çatdırır, tezliklə sağalmağınızı arzu edirik. Biz də gücümüzün çatdığı qədər yanınızdayıq”.

Ağakişi Kazımov və sənətkarın həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva Komitə sədrinə ziyarət üçün təşəkkür edib.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160853

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031