Türkiyədə əməliyyat olunan azərbaycanlı polkovnik: “Ayağımı kəsilməkdən xilas etdilər” – FOTOLAR

10.02.2021 - 15:31

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Famil Məmmədovun ayağı amputasiya olunmaqdan xilas edilib.  Bu barədə “Haberler” məlumat yayıb.

Polkovnikə daban tikanı və nəticədə sol ayağın tam aterosklerozu diaqnozu qoyulub. Həkimlərin Bakıdakı və ya Türkiyədəki mütəxəssislərə müraciət etmək tövsiyəsindən sonra Famil Məmmədov müayinə üçün Ərzuruma yollanıb. Ərzurum Mərkəzi Şəhər Xəstəxanasında polkovnik əməliyyat olunub və bununla da ayağının amputasiya edilməsinə ehtiyac qalmayıb.

Həmyerlimizi əməliyyat edən həkim Mehmet Ali Kaygının sözlərinə görə, F.Məmmədov bir qədər gec müraciət etsəydi, ayağının diz nahiyəsindən amputasiyası qaçılmaz ola bilərdi.

Uğurla əməliyyat olunan polkovnik Famil Məmmədov isə həkimlərə təşəkkür edərkən göz yaşlarını saxlaya bilməyib: “Çox şükür səhhətim qaydasındadır. Həkimlərə, burada çalışan hər kəsə təşəkkür edirəm, ayağımı kəsilməkdən xilas etdilər”.

Qeyd olunur ki, hazırda polkovnik özünü yaxşı hiss edir və tezliklə Azərbaycana qayıdacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=161071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930