Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı TƏKLİF

10.02.2021 - 16:22

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Yaşıl zona” və “Ağıllı şəhər və kənd” layihələrinin icrasını sabiq məmurlara həvalə edilməsini təklif edib.

Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, Azərbaycanda son 10-15 ildə elə İT layihələr olub ki, icrasına başlayan anda iflas olub:

“Ziya Məmmədovla bağlı olan, 100 milyon $ dəyərində iflasa uğramış nəqliyyatın intellektual idarəetməsi layihəsi ilə əlaqəli bir neçə gün öncə yazmışdım. Fikrimcə, Ziya müəllim indi heç olmasa işğaldan azad olunan ərazilərdə bu cür infrastrukturun qurulmasına dəstək verə bilərdi.

ziya məmmədov ile ilgili görsel sonucu

Digər bir məsələ isə hazırda bu regionda qurulacaq alternativ, bərpa olunan enerji təminatı ilə bağlı “yaşıl zona” layihələri və “rəqəmsal aqrar sektor” üçün maliyyə mənbələrinin tapılmasıdır.

Fikrimcə, keçmiş məmurlar Etibar Pirverdiyev və Heydər Əsədov da bu sahədə təcrübəlidir və köməklik göstərə bilərlər.

Heydər Əsədov ile ilgili görsel sonucu

Etibar Pirverdiyevin rəhbərliyi ilə 58 milyon $ vəsaitlə ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə idarə etməyə imkan verən informasiya sistemi qurulmuşdu. 2018-ci ildə baş verən enerji qəzasında məlum oldu ki, belə bir sistem yoxmuş.

Etibar Pirverdiyev ile ilgili görsel sonucu

Hazırda büdcədən Azərenerji-yə xeyli vəsait ayrılıb və bu sistem yenidən qurulur. Bu baxımdan düşünürəm ki, Etibar Pirverdiyev işğaldan azad olan ərazilərdə “yaşıl zona”-nın qurulmasına xeyli köməklik göstərə bilərdi.

“Ağıllı şəhər və kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur. Bu baxımdan, güman ki, burada əsasən aqrar sahənin, kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək.

Xatırlayıram ki, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi zamanı, 2015-2016-cı ildə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Nazirlik bunu Caspel şirkətinə həvalə etmişdi. AVROPA İttifaqı da dəstək verirdi.

dolar yağmuru ile ilgili görsel sonucu

İnam Kərimov nazir təyin olunanda məlum oldu ki, əslində belə bir informasiya sistemi faktiki olaraq mövcud deyilmiş. Hazırda büdcədən yenidən vəsait ayrılıb və ASAN Elektron Kənd Təsərrüfatı Sisteminin yenidən qurulması ilə məşğuldur.

Bu baxımdan, Heydər Əsədov da işğaldan azad olan ərazilərdə “ağıllı bağların”, “kənd təsərrüfatının intellektual idarəetmə sisteminin” qurulmasına xeyli töhfə verə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161110

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930