cumhuriyyet.net
Türkiyə Müdafiə Nazirliyi “Qış təlimi-2021”dən yeni görüntülər paylaşıb • Cumhuriyyət
Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir. Musavat.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi təlimlərdən yeni görüntülər paylaşıb. “Qəhrəman komandolarımız qardaş Azərbaycan hərbçiləri ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin ictimaiyyətə açıq gününə hazırdırlar”, – paylaşımda qeyd olunub.
nesimi