Azərbaycan hərbi dənizçiləri Pakistanda keçirilən təlimlərdə iştirak edir
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat evrilib.
30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=161225