“Azəriqaz”dan daha bir YENİLİK: Nəzarətçilərlə abonentlərin ünsiyyəti minimuma endirilir VİDEO

12.02.2021 - 11:02

“Azəriqaz” İstehsalat Birliyi həmişə fəaliyyətində abonentlərdən istər mətbuat, istərsə də sosial şəbəkələr vasitəsilə gələn müraciətləri analiz edərək mümkün, optimal çıxış yollarının axtarışına çalışır. Növbəti belə müraciətlər müzakirə olunarkən, aydın olur ki, xüsusən də sonradan ödənişli sayğaclardan (mexaniki-elektron) istifadə edən abonentlərimiz nəzarətçi ilə ünsiyyətin minimuma endirilməsini istəyirlər. Çoxmərtəbəli binalarda bu məsələnin həlli istiqamətində görülən işlər artıq nəticəsini verir. Belə ki, sonradan ödənişli sayğaclara quraşdırılan yeni qurğular səyyar terminallarla uzaqdan idarəetməyə tam şərait yaradır. “Azəriqaz” İB bildirişlərin verilməsi sistemində də yeniliklər etmək qərarına gəlib. Sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək. Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “Whatshapp” nömrəsinə göndərə bilər. Bir şərtlə ki, mesajın göndərildiyi mobil nömrə ona aid olsun və ayarlardan (menyudan) əməliyyat sistemi elə tənzimlənməlidir ki, fotonun üzərində çəkildiyi tarix əksini tapsın. Əgər foto aydın görünməzsə, üzərində tarix yuxarıda qeyd edilən zaman intervalını əks etdirməzsə, vətəndaşa geri dönüş edilməklə, mesajı təkrar və düzgün göndərməsi xahiş olunacaq. Bununla həm abonentin mobil telefonu barədə məlumatlar ümumi bazaya aktiv nömrə kimi qeydiyyata düşəcək, həm də abonent hər ayın 1-5 tarixlərində eyni prosesi təkrarlamaqla SMS qəbul edə biləcək.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yaxın günlərdə Bakı şəhəri və Abşeron rayonu üzrə baza məlumatlarında qeydiyyatda olan 40 min sonradan ödənişli sayğac istifadəçisinə SMS bildirişlərin göndərilməsini həyata keçirəcək. SMS bildirişlər ən azı 10 manat borcu olanlara təqdim ediləcək. Abonentlərin bu prosesdə aktiv iştirakı isə SMS bildirişlərin göndərilməsinin əhatə dairəsinin artırılmasına və prosesin daha optimal formada icrasına imkan yaradacaq.

Bu barədə hazırlanan video çarxla aşağıdakı sosial şəbəkə ünvanından maraqlana bilərsiniz:

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031