İrəvanda polis zorakılığı: Vətəndaşı vəhşicəsinə döydülər – VİDEO
Beynəlxalq ekspert, Qazaxıstan vətəndaşı olan Andranik Ohanesyan Ermənistandan deportasiya edilib.
Azvision.az xəbər verir ki, buna səbəb onun “Telegram” kanalından erməni polisinin əməllərini ifşa edən video yayması olub.
“Bu gün hakimiyyətin Ermənistanda “polis dövlət”i qurmaq niyyəti barədə yazdım. Sizə tezliklə Ermənistan vətəndaşlarının gündəlik həyatının bir hissəsinə çevriləcək polis qanunsuzluğuna dair bir nümunə gətirirəm. Hadisə bu yaxınlarda İrəvanın rayonlarından birində baş verib. 2018-ci ilin “Məxməri çevrilişi”nin nəticələrindən zövq alın”,- deyə ekspert yazıb.
Qeyd edilib ki, Ermənistan vətəndaşı 20-yə yaxın polis tərəfindən vəhşicəsinə döyülüb. Huşunu itirən vətəndaş təcili xəstəxanaya çatdırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=161272