Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib

12.02.2021 - 16:14

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb.

Səfiri salamlayan nazir Anar Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik qardaş xalqlarımızın əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”na toxunulub, iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Türkmənistan səfiri Mekan İşanquliyev səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat bu məqsədlə pandemiyadan sonrakı dövr üçün qarşılıqlı kino günlərinin, qastrol səfərlərinin təşkili və birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728