Deputatdan çağırış: “Həbslərin yerinə, maliyyə amnistiyası verilsin”

12.02.2021 - 17:22

“Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının daha bir il uzadılmasına səs verəcəm. Amma, bilirəm ki, iqtisadiyyatın inkişafı üçün bu yaxşı qərar olsa da, əsas problem deyil. Bizdə biznes yaratmaq da çox asandır və şəffafdır. Problem sonrakı mərhələdədir”.

Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. O, bildirdi ki, əsas problem pul qazanmaqdır: “Amma pul qazanmaq üçün resurslar və imkanlar yoxdur. Onlar əllərdə cəmləşib və heç kim o mətbəxlərə yaxın buraxılmır. Bir yandan da oğurlanan, talanan büdcə vəsaitləri və onların da real iqtisadiyyata yatırılmaması. Bu məsələlərin həlli üçün mən bir sıra qanunlara dəyişiklik təklif edirəm”.

Deputatın sözlərinə görə, əvvəllər vəzifəsindən sui-istifadə edənlərin vəsaiti əllərindən alınmalı, özləri də həbsə getməlidir: “Çox yanlış. Bu baş verən zaman onların oğurladıqlarının az bir qismi dövlət büdcəsinə qayıdır, çoxu kabinetlərdə əllərindən alınır. Onların həbsdə yatmasının xalqa və iqtisadiyyata nə xeyri var? Yenə də ayrı-ayrı şəxslərin varlanmasına xidmət edir. Qisas? Biz kimdən qisas alırıq? Gərək onda bir nəfər məmur qalmasın, təzə həbsxanalar tikib hamısını dolduraq ora. Kimin nə qədər oğurladığı beş aşağı-beş yuxarı hər kəsə məlumdur və mətbuat də hər gün bunu yazır. Ölkədə maliyyə amnistiyası tətbiq olunsun. Maliyyə amnistiyası qərara qədər olan vəsaitlərə şamil olunsun. Çıxış yolu budur. Bu gün həbslər həyata keçirlən zaman az qala xalq bayram edir ki, bəs filankəsi də içəri atdılar. Həbslər yerinə maliyyə amnistiyası verilsin. Qoy heç kim qanunsuz yollarla pulunu xaricə çıxarmasın, sandıqda, torpağın altında saxlamasın. Bu xalqa nə xeyri ki, onlar xilas etdikləri pullarını da gedib Dubayda, Avropada, MDB-də harasa yatıracaqlar, zavod, fabrik açacaqlar, digərləri işləyəcək, bu xalqın da nümayəndələri qapı-qapı acından ölməmək üçün iş gəzəcəklər”.

R.Nurullayevin sözlərinə görə, elə şərait yaradılmalıdır ki, onlar pullarını üzə çıxarmaqdan qorxmasınlar: “Qoy rəsmi milyonçu, milyarder olsunlar. Hətta status verilsin, başlarına tac da qoyaq, amma pullarını bu ölkəyə yatırsınlar. Qoy onlar pulları xaricdə ev almağa, otel tikməyə yox, Azərbaycanın iqtisadiyyatına sərf etsinlər, otel də, məktəb də, universitet də ölkəmizdə açılsın. Yeni iş yerləri olsun. Belə olsa, nə hakimiyyət narazı qalar, nə də keçmiş və indiki məmur həbs olunar. Qoy həbslər olmasın, milyonlar və milyardlar da kabinetlərdə yoxa çıxmasın. Xalqın oğurlanan sərvəti iş yerləri kimi vətəndaşlara, vergi kimi dövlət büdcəsinə qayıtsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161324

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930