Keçmiş məhkumu ürəyindən vuran Elxan Rüstəmova hökm oxundu
Qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə ittiham edilən Elxan Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Elxan Rüstəmov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində baş verib.
Ramil Xəlilov adlı şəxs tanışı Elxan Rüstəmov tərəfindən bıçaqlanıb. Ürəyindən və qarın nayihəsindən 4 bıçaq zərbəsi alan Ramil Xəlilov xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Bıçaqlama hadisəsinin baş verməsinə səbəb Ramil Xəlilovun Elxan Rüstəmovu söyməsi olub.
Törətdiyi əmələ görə Elxan Rüstəmova qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Bildirək ki, Ramil Xəlilov əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkumkuq həyatı yaşayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=161501