Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat – 10 nəfər tutulub

19.02.2021 - 10:40

Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

“Neon” şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=161528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728