Rusiya və Ukrayna vətəndaşları Estoniyaya sərbəst daxil ola bilməyəcəklər

19.02.2021 - 11:42

Rəsmi statistikaya görə Rusiya və Ukraynada koronavirus infeksiyasına yeni yoluxma hallarının sayının kəskin şəkildə azalmasına baxmayaraq, bu ölkələrin vətəndaşları yaxın günlərdə Estoniya ərazisinə sərbəst daxil ola bilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə vitse-kansleri Myart Volmer məlumat verib.

Bildirib ki, Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin vətəndaşları üçün Aİ-də xüsusi tənzimlənmələr fəaliyyət göstərir. Aİ Şurasının tövsiyəsinə əsasən, üçüncü ölkədən Aİ-yə həyati əhəmiyyət kəsb etməyən səfərlər müvəqqəti olaraq məhdudlaşdırılır. Giriş yalnız tövsiyəyə edilən əlavədə göstərilmiş altı ölkənin vətəndaşlarına icazə verilir. Ukrayna və Rusiya siyahıda yer almayıb.

Qeyd edib ki, qüvvədə olan mövcud qaydalara görə, iki həftə ərzində hər 100 min nəfər əhalinin payına düşən koronavirusa yoluxma göstəricisi 150 haldan çox təşkil etməyən Aİ-yə üzv ölkələrdən, Avropa iqtisadi zonasından və Şengen zonasından olan vətəndaşlar ongünlük məcburi özünütəcrid rejimi olmadan Estoniya ərazisinə daxil ola bilər. Bu həftə həmin ölkələrə Bolqarıstan, İslandiya, Yunanıstan, Norveç, Finlandiya, Danimarka və Vatikan aiddir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161536

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031