Deputat qaz limitinin artırılması üçünTarif Şurasınaçağırış etdi
Milli Məclisin iclasında çıxış edən komitə sədri Hicran Hüseynova Xocalı soyqırımının ildönümündən bəhs etdi. Erməni vandalizminin dünyaya yayılmasında, Azərbaycan həqiqətlərinin çatdırılmasında Heydər Əliyeva Fondunun, şəxsən Mehriban Əliyevanın, Leyla Əliyevanın apardığı işlərin mühüm nəticələrin əldə olunduğunu vurğuladı. Deputat gələcəkdə Xocalı soyqırımını ifadə edən memorial kompleksinin yaradılmasını zəruri saydı.
Deputat Azər Badamov isə dağlıq bölgələrdə yaşayanları narahat edən problemdən bəhs etdi. O, 2019-cu ilin martından güzəştli qaz limitinin müəyyən qədər artırdığını, ancaq bu qərarın yetərli olmadığını qeyd etdi. A.Badamov bildirdi ki, “Azəriqaz”ın məlumatına görə, ölkə əhalisinin cəmi 15 faizi qaz limitini keçir. “Dağlıq rayonlarda ilin 7 ayı soyuq keçir, bu da evlərin qızıdırılmasını zəruri edir. Hava soyuq olduğundan daha çox qaz yandırılması tələb olunur. Amma güzəştli qaz limiti tətbiq olunanda bu amil nəzərə alınmayıb və hamıya eyni qayda tətbiq olunub. Tarif Şurasından dağlıq rayonlarda yaşayan insanların haqlı narazılığını nəzərə alaraq, güzəştli qaz limitinin artırılmasını xahiş edirəm” , deputat çıxışında bildirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=161602