Ermənistanın gələcək taleyi Azərbaycanın əlindədir – Deputat

24.04.2021 - 13:31

 

Ermənistanın gələcək taleyi Azərbaycanın əlindədir - Deputat

 

“Son günlər ermənilər Ermənistanın özü üçün təhlükəli revanşist iddialar səsləndirirlər. O cümlədən İrəvanda Qarabağ məsələsi ilə əlaqədar təxribatçı addımlar atırlar. Təbii ki, ermənilərin belə hərəkətləri onlar üçün yaxşı heç nə vəd etmir”.

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində endirdiyimiz dəmir yumruğun zərbəsindən özlərinə gəlməsi üçün Ermənistana uzun illər lazım olacaq: “Azərbaycanla sərhəddə atışmanın olması, sərhədçilərimizə Azərbaycana qarşı nalayiq ifadələrin işlədilməsini biz yenidən eşitmək niyyətində deyilik. Düzdür, baş vermiş hadisədə rus sülhməramlıları Azərbaycana onların içkili olduqlarını və belə halların təkrar olunmayacağını deyir. Amma sərhəddə hər hansı belə bir təxribatçı akt təkrar olunarsa, cavabımız çox ciddi olacaq. İndiki dövrdə ermənilərin belə təxribatçı revanşist hərəkətlərinin olmasını Ermənistanda keçiriləcək seçki ilə bağlı olduğunu düşünürəm. Müxalifət revanşist və təxribatçı əməlləri ilə seçiciləri öz tərəfinə çəkmək istəyir. Paşinyan hakimiyyəti isə belə harəkətlərin qarşısını almaqla öz elektoratını itirmək istəmir”.

Millət vəkili bildirib ki, Ermənistandakı hazırkı vəziyyət hakimiyyətsizlikdir: “Hətta baş nazirin Sünik vilayətinə səfəri zamanı bir qrup erməninin Paşinyanın avtomobilinin qarşısını kəsərək onu hədələdiyini, İrəvanda iqamətgahına gedən darvazanı zəncirlədiklərini də görürük. Demək istədiyim odur ki, ermənilərin revanşist ideyalar səsləndirməsi təkcə Azərbaycana qarşı ünvanlanmayıb. Həm də öz ölkəsindəki iqtidarına qarşı da istiqamətlənib. Düşünürəm ki, seçkidə Paşinyan xalqın dəstəyini yenidən qazanacağı halda bütün bu xoşagəlməz hallara son qoyduracaq. Hazırda hakimiyyətdə rıçaqların boş olması belə hallara yol açır. Seçkidən sonra isə Paşinyanın müxalifətçilərə və revanşistlərə ciddi şəkildə öz yerini göstərəcəyini düşünürəm. Ona görə ki, Ermənistanın gələcək taleyi Azərbaycanın əlindədir. Azərbaycana ünvanlanmış hər bir təxribatçı addım Ermənistanın iqtisadi və siyasi böhranını daha da dərinləşdirəcək və məhvə doğru aparacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162697

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31