Arif Quliyev vəfat edib? – TƏBİB-dən AÇIQLAMA

27.04.2021 - 10:37

 

Arif Quliyev vəfat edib? - TƏBİB-dən AÇIQLAMA

 

Azərbaycanın Xalq artisti Arif Quliyevin koronavirusdan vəfat etdiyi barədə məlumatlar yayılıb.

Sosial şəbəkələrdə “Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Xalq artistinin ölümü ilə əlaqədar tanınmış simalar da sosial şəbəkələrdə başsağlığı veriblər.

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq Arif Quliyevin ailəsinə başsağlığı verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, Xalq artisti “Yeni Klinika”da müalicə olunur”

Qeyd edək ki, A. Quliyev bir neçə gün bundan əvvəl koronavirusa yoluxub. Onun vəziyyətinin ağırlaşdığı üçün “Yeni Klinika”ya yerləşdirilib. 6 gün bundan əvvəl xəstəxanada süni tənəffüs aparatına qoşulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=162781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728