“Yeni klinika” Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı MƏLUMAT YAYDI

28.04.2021 - 09:17

 

"Yeni klinika" Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı MƏLUMAT YAYDI

 

“Yeni klinika” sosial şəbəkələrdə və KiV-lərdə bu xəstəxanada koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin görüntülərinin yayılması ilə bağlı məlumat yayıb.

cumhuriyyet.net-ə daxil olan məlumatda deyilir: “Koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=162823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728